Menu

AZƏRBAYCANDA DAHA 521 NƏFƏR KORONAVİRUSA YOLUXUB - 6 nəfər vəfat edib

27.06.2020, 17:52
AZƏRBAYCANDA DAHA 521 NƏFƏR KORONAVİRUSA YOLUXUB - 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 521 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 15890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib, 6978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5646, ötən müddət ərzində isə ümumilikdə 461861 test aparılıb.

Şərhlər

t.ədalət 2020-06-27 19:12:37

Şükür ki,dənə-dənə aşağı enir.Sabah 500 olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol