Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək koronavirusa ümumilikdə 16 424 nəfər yoluxub.

Məlumata görə, onlardan 9026-sı müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 9 026 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.