Menu

Türkiyənin cənub-qərbində zəlzələ olub

28.06.2020, 23:09
Türkiyənin cənub-qərbində zəlzələ olub

Türkiyənin cənub-qərbində zəlzələ qeydə alınıb.“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Muğla vilayətində, yerli vaxtla saat 20:43-də 5,2 maqnitudada qeydə alınıb.

Məlumata görə, zəlzələnin episentri Marmaris rayonunda yerləşib. Zəlzələ ocağı 61,44 kilometr dərinlikdə olub.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol