SMS İCAZƏ İLƏ BAĞLI DAHA BİR MƏHDUDİYYƏT TƏTBİQ EDİLDİ - Dəyişikliklər açıqlandı

8103 SMS icazə sistemi ilə bağlı daha bir dəyişiklik edilib. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq: "Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var idi. Bu kimi sui-istifadə halları çoxaldığından belə bir limit təbiq olundu ki, gün ərzində yalnız bir dəfə icazə almaq mümkün olsun. Beləliklə, gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş daha həmin gün 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Həmçinin, 2 kodundan istifadə edərək icazə alan vətəndaş da daha 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Bu məhdudiyyətlərin tətbiqi sui-istifadə hallarının çoxluğundan irəli gəlib".

Dövlət Agentliyi vətəndaşlara tövsiyə edib ki, təxirəsalınmaz tibbi yardımla bağlı 1 kodundan istifadə edən vətəndaş həmin müddət ərzində digər ərzaq ehtiyaclarını da ödəsin.

Qeyd edək ki, daha əvvəl 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi üçün icazə cavabının gəlmə vaxtı 15 dəqiqəyə qaldırılıb.

Məlumat üçün bildirək ki, “E-Təbib” mobil tətbiqi vasitəsilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunur.

635x100

Şərhlər

Bu duzgun deyil. 2020-06-29 21:39:24

Bu qerar duzgun deyil. Cunki o gun 2 saatliq 2 kodu ile izin almisdim. Yolda qefil xestexanaya getmeli oldum (mecburiyyetden). 2 saat bitmisdi, tibb ucun vaxti uzada bilmedim. Arayis da kecerli deyil, cunki 2 kodunu goturmusem. Men ne edim? Ölmeliyem? Men hardan bilim ki, markete gedende ayahim sinacaq. Hemin gun 1 kodunu istifade etmeye calisdim. Izin vermediler. Allahdan yolda tutulmadim, yoxsa cerimelenmisdim. Menim gunahim nedir bunda? Kimse sui istifade edir, onu arasdirin, day meniim kimi cetin veziyyete dusenleri niye incidirsiniz?

Son yazılar