QARAYEVİN FƏALİYYƏTİ YOXLANILIR - Qanunsuzluqlar aşkarlanıb

Xəbər verdiyimiz kimi, artıq bir müddətdir Mədəniyyət Nazirliyində yoxlamalar aparılır. Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir.

“Report” verdiyi xəbərə görə isə, Hesablama Palatasının Nazirlikdə apardığı yoxlamalar nəticəsində bəzi qanunsuzluqlar aşkarlanıb.

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etdiyini üzə çıxarıb.

Belə ki, adı açıqlanmayan qonaq Bakıya Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar dəvət olunub.

Xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi 5 ay 15 gün ərzində onun bank hesabına 26,2 min manat, mənzilinin kirayəsinə görə isə icraçıya 7,2 min manat artıq vəsait ödənilib.

Bundan əlavə, Hesablama Palatası tərəfindən aparılan yoxlamalar nəticəsində Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidən yayınma halları aşkar edilib. 

2017-2018-ci illər üçün maliyyə hesabatlarında filarmoniya xərcləri müvafiq olaraq 59 min 759 manat və 64 min 259 manat artım göstərilib. Nəticədə filarmoniya dövlət büdcəsinə mənfəət vergisini müvafiq olaraq 11,952 manat və 12,848 manat ödəməyib.

Palata Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2017-ci ildə gəlir vergisi üçün 2,760 manat, 2018-ci ildə isə 14,580 manat ödəmədiyini aşkar edib.

Nəzərinizə çatdıraq ki, DTX-nin Mədəniyyət Nazirliyində apardığı əməliyyat tədbirləri nəticəsində nazir müavini və idarə rəisləri rüşvət alarkən həbs olunublar.

Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası Nazirlikdə yoxlama aparıb.

635x100

Şərhlər

Ms 2020-07-02 15:48:31

Zaman gələr,inşallah,bunların kimlər oluğu millətə açıqlanarAzərbaycan 200 ildən artıqdır soyulur.Soyanlar kimlərdir?e

Adil 2020-06-30 07:39:36

Mehv olmushuq biz (((( hele xeberimiz yoxdu .....

pulsuz 2020-06-29 23:48:27

İndi taktika dəyişəcək. Əvvəllər talançıları tuturdular məsələn Vilyam kimi reklam edirdilər ki, tutmuşuq qanun tətbiq etmişik talana rüşvətə son. İndi bunu gizli edəcəklər. Cəmiyyətdən gizlin, yəni reklam etməyəcəklər. 1-cisi onna görə ki, tutulan 100 milyonlarla pulu var dövlət indi daha rahat başqa ciblərə gedəcək. 2-ci səbəb də odur ki...

Laçın 2020-06-29 21:02:02

Onun mədəniyyətdən xəbər yoxdur.Olsa idi bu sahə belə dağıdılmazdı.İdman və gənclər nazirliyi bundan da bərbaddır.a

Vahid 2020-06-29 19:03:44

Əbülfəz in heçnədən xəbəri yoxdur,onu həps etmək olmaz.

Son yazılar