AFFA Azərbaycan milli komandasının baş məşqçi postuna İngiltərə "Mançester Yunayted"inin sabiq futbolçusu Roy Kinin namizəd olmasına dair iddialara münasibət bildirib.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında 49 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib.
O, Azərbaycan yığmasında baş məşqçi vəzifəsinə təyinatla bağlı AFFA-nın danışıqlar apardığı mütəxəssislər siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kinin də olduğunu söyləyib.
"Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb" - deyə milli assosasiya rəsmisi əlavə edib.


Şərhlər
Hec kimi getirmez lazim deyil. Futbol cu yetismesi ucun serait yaratmaq lazimdir. Bu serait ise o zaman yaranirki reqabet olsun. Bunu ucun legionerlere qoyulan say heddi leqv olunmalidir.. O zaman bizim futbolcular caliwacam. Elmi chetden yanasmada olmalidi. Fiziki chetden avropa standartlarina catan olmalidi oyuncularin.. Tekce pul her seyi hell etmir. Yada duzgun yonlendirende hell edir