Menu

SOCAR Gürcüstan törəməsindəki payını kəskin artırıb

30.06.2020, 13:01
SOCAR Gürcüstan törəməsindəki payını kəskin artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi - “SOCAR Energy Georgia” şirkətində payını 16,3% artıraraq nəzarət payını 91,8%-ə yüksəldib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın “Ernst&Young” (EY) şirkəti tərəfindən audit olunmuş 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd olunub.

2020-ci il yanvarın 21-də “SOCAR Energy Georgia” şirkətində iştirak payı 16,3% artırılıb. Bu payın alınması üçün 65 mln manat (38 mln ABŞ dolları) ödənilib. Nəticədə, SOCAR-ın “SOCAR Energy Georgia” şirkətində nəzarət payı 75,5%-dən 91,8%-ə yüksəlib.

“SOCAR Energy Georgia" MMC 2006-cı ildə yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol