Menu

“Fransa Liviyada Rusiyanın mövqeyini gücləndirir” - Türkiyə NATO-ya gileyləndi

01.07.2020, 10:49
“Fransa Liviyada Rusiyanın mövqeyini gücləndirir” - Türkiyə NATO-ya gileyləndi

Türkiyə və Rusiya Liviyada atəşin kəsilməsi üçün səy göstərirlər. 

Bu barədə iyunun 30-da Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu macar həmkarı Peter Siyyarto ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında bəyan edib. 

Onun sözlərinə görə, Moskva və Ankara Liviya münaqişəsi zonasında qan tökülməsinin dayandırılmasına can atırlar - amma bunu Fransa barədə demək olmaz. Bu ölkə əlaltından Xəlifə Həftarın qeyri-qanuni silahlı birləşmələrini dəstəkləyir. 

Bu barədə «Anadolu» dövlət informasiya agentliyi xəbər verib. 

«Paris qiyamçıları dəstəkldiyini sözdə inkar edir, amma fakt budur ki, Fransa silahı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən satın alınır və Liviyaya göndərilir. Paris öz fəaliyyətində səmimi deyil» - Türkiyə diplomatiyasının başçısı qeyd edib. 

Çavuşoğlu Fransanın Liviyadakı fəaliyyətini dağıdıcı adlandırıb. «NATO Rusiyanın Liviyadakı iştirakını təhlükə kimi xarakterizə edir, Şimali Atlantika alyanının üzvü olan Fransa isə Afrikanın şimalında Rusiyanın «əlinə oynayır». Fransa Rusiyanın Livyadakı iştirakını gücləndirməyə cəhd edir» - Çavuşoğlu hesab edir. 

Daha sonra Çavuşoğlu öz ölkəsinin «Liviya tezisi»ni təkrarlayıb. Bu tezis ona işarə edir ki, Ankara Liviyada sabitliyin təmin olunmasına can atır. «Türkiyə Liviyada siyasi sabitliyin təminatı istiqamətindəki səyləri dəstəkləyir. Biz, Liviyanın legitim hakimiyyəti ilə əməkdaşlıq edirik. Ölkəmizin səyləri sayəsində Liviya münaqişəsi zonasında güc balansı təmin olunub. Məhz Türkiyə Tripolidə küçə döyüşlərinin başlanmasına imkan vermədi» - nazir qeyd edib. 

Xəbər verildiyi kimi, Fransa prezidenti Emmanuel Makron Türkiyəni Liviyaya «cihadçıların kütləvi ixracı»nda günahlandırıb və bunu Ankaranın Liviya işlərinə «cinayətkar qarışması» adlandırıb. 

Fransa liderinin iyunun 29-da NATO üzrə müttəfiqi Türkiyənin ünvanına sərt sözlər səsləndirməsi Paris və Ankara arasında diplomatk qarşıdurmanın kulminasiyası olub. Bu qarşıdurma artıq hərbi-siyasi mahiyyət alıb. Son həftələr Fransa və Türkiyə arasında münasibət onsuz da rəvan xarakterli olmadığı kimi, Liviyaya görə daha da gərgnləşib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol