İyun ayı bitsə də, ayın 21-dən iyulun 5-ə qədər sərt karantin rejimi tətbiq olunmuş Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri və əlavə 4 rayonun sakinləri üçün iyun ayında ödənilməsi nəzərdə tutulan 190 manatlıq yardım ödənilməyib.
“AzPolitika.info” xatırladır ki, mütəxəssislərin hesablamalarına görə, təqribən 300 min nəfəri əhatə edəcək növbəti yardımın bu ayın üçüncü ongünlüyündə veriləcəyi bildirilmişdi.
Ay başa çatsa da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ ki, vəsaiti hesablara köçürməyib.
Aztəminatlı ailələrə dəstək xarakteri daşıyan yardım vəsaitinin gecikdirilməsi suallar doğurur və narahatlıq yaradır.
AzPolitika.info


Şərhlər
Pul qurtarıb ,5- 10 İH başçısı və bir iki nazir həbs olunmalıdır ,bu ay üçün
Sayın.yerinə qoz qoyun.Sahib ağa hələ oyanmayıb.Adam yuxarıdakılara arxayındır.Millət onun nəyinə gərəkdir?Belə hallara görə millət hakimiyyətdən haqlı olaraq narazı qalır.Kadrlar təsadüfi, məsuliyyətsiz və arxayındırlar.Amma bu arxayınçılğın arxasına rüşvət,qohumluq durduğundan nəticə görünmür.Şməsulity
Söhbət əhalinin qanuni haqqının ödənilməsindən gedəndə dövlət karantin rejiminin ciddiliyini qulaqardına vurur..
Ay bitdi, gün batandan sonra 190 manat veriləcək.
Səbəb,güman ki büdcənin boş olmasıdır.
190m. əsassız olaraq verilmədiyi üçün 11mayda şikayət məktubu yazmışam. Bu günə qədər 31646 nömrəli məktuba cavab yoxdur. Telefonlara cavab verən yoxdur.