Menu

Azərbaycanda Mərakeş Ticarət Evi qeydiyyatdan keçdi

01.07.2020, 12:27
Azərbaycanda Mərakeş Ticarət Evi qeydiyyatdan keçdi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Mərakeş Ticarət Evi" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, Ticarət Evinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə küçəsi, ev 65B, qanuni təmsilçisi isə Samir Elçin oğlu Cəfərovdur.

MMC-nin nizamnamə kapiatlı 20 manat təşkil edir.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan və Mərakeş arasında ticarət dövriyyəsi 1 mln 324,89 min ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31% azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol