Menu

Pensiya və təqaüdlər bütün bankomatlarda əlavə faiz tutulmadan verilir

01.07.2020, 14:29
Pensiya və təqaüdlər bütün bankomatlarda əlavə faiz tutulmadan verilir

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomatından və yaxud POS-terminalından əlavə faiz tutulmadan əldə etmək mümkündür.

Bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Qeyd edək ki, bu addım nazirlik, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında əldə olunmuş razılıq əsasında atılıb. 

Şərhlər

t.ədalət 2020-07-01 14:33:45

Bu yalan informasiyadır.Mən karantin vaxtı Beynəlxalq bankdan istiufadə etdim,faiz tutdu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol