“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarın müddəti uzadılıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, sözügedən qərara edilən dəyişikliyə əsasən, Azərbaycana idxal edilən tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi sentyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi ilə bağlı ilk qərar martın 5-də verilib.


Şərhlər
Maska niyə xaricdən gətirilir? bəs bizim yeni fabrikalarımızın məhsulları necə olacaq?Sağ əı solun nə etdiyindən xəbəri yoxdur.bunun adı nədir?Buna... tanımır demək olar.Başqa sözlə pərakəndəlik,yoxsa başsız idarəçilik?