Menu

Fransa Liviya sahillərindəki dəniz missiyasını tərk edir - NATO-dan “küsüb”

03.07.2020, 00:08
Fransa Liviya sahillərindəki dəniz missiyasını tərk edir - NATO-dan “küsüb”

Şimali Atlantika Alyansı daxilində fransız və türk hərbi gəmiləri arasında Liviya sahillərində baş vermiş insidentin araşdırılması «Parisin iddiasını təsdiqləməyəndən sonra» Fransa Aralıq dənizində hərbi-dəniz əməliyyatlarında iştirakını dayandırdığı barədə NATO-nu məlumatlandırıb.

Bu barədə Türkiyənin Fransadakı səfiri İsmail Hakkı Musa bəyan edib.

«Oxşayır ki, NATO ekspertləri Fransanın dəlillərini bölüşməyiblər. Mən, axşam məlumat almışam ki, Fransanın hərbi gəmisi NATO-nun bu missiyasını tərk edir» - deyə, türk səfir Fransa senatındakı dinləmələrdə bəyan edib.

Bundan əvvəl, çərşənbə günü «L*Opinion» qəzeti xəbər verib ki, Paris NATO-ya məktub göndərib və Aralıq dənizindəki «Dəniz qoruqçusu» missiyasında iştirakını dayandırdığı barədə öz qərarını alyansa bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol