DAHA 19 HƏKİM AZƏRBAYCANA GERİ DÖNDÜ - Pandemiya ilə mübarizəyə dəstək üçün + FOTO
“Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil alan 19 azərbaycanlı həkimi ölkəmizə gətirib.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev AzərTac-a müsahibəsində bildirib ki, TƏBİB-in prioritet məqsədlərindən biri də xarici ölkələrdə tibbi təhsil almış həkimlərin müvafiq şərait yaradılmaqla Azərbaycanda işləmək üçün geri gətirilməsidir.
O qeyd edib ki, bu çərçivədə müxtəlif layihələr icra olunur. Son olaraq REACT layihəsi icra olunub və Türkiyədə təhsil almış 19 uzman Azərbaycanın müxtəlif bölgələrində olan xəstəxanalarda ötən 3 ay ərzində pandemiya ilə mübarizə aparırdılar. Bu xüsusda azərbaycanlı həkimlərdən ibarət növbəti heyət xalqımıza xidmət etmək üçün ölkəmizə gəlib.
Şərhlər
Vətəndən didərgin salınanları ölkəyə buraxmırlar(Rusiya sərhəddindəki vətəndaşlarımız)
Mən gənc həkimlərimizin koronaya hədəf olmasının əleyhinəyəm. Gənc nəsli qorumaq lazımdır.
Vətəndən didərgin salənmış həkimləri də geri qaytarmaq lszımdır!