DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində anti-korrupsiya əməliyyatı həyata keçirilir.

DTX-dən verilən məlumata görə, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Nazirliyn bir neçə vəzifəli şəxsinin saxlandığı bildirilir.

635x100

Şərhlər

Şəkidən 2020-07-05 16:13:40

 Şəkidə meşələr balta,mişarla deyil,buldozerlərlə dağıdılır - ETİRAZ Tarix: 2-07-2020, 15:57 | Çap et Şəkidə meşələr balta,mişarla deyil,buldozerlərlə dağıdılır Azərbaycanda uzun illər hesabına ərsəyə gəlmiş meşələrin bu gün asanlıqla,kütləvi şəkildə qırğına məruz qalması son ayların ən aktual mövzularındandır.Prezident İlham Əliyevin,birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün ölkənin müxtəlif yerlərində yeni yaşıllıq zonaları salınır, yol kənarları dekorativ ağaclarla bəzədilir.Bununla bərabər ucqar rayonlarda,gözdən uzaq bir çox dağ kəndlərinin ərazilərində yerləşən meşələrdə isə nadir ağaclar kəsilməkdə davam edir.Meşələrin qorunmasına və inkişaf etdirilməsinə birbaşa məsul olan dövlət qurumu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bu kimi hallara sadəcə səthi açıqlamalar verir,bir çox hallarda susqunluq nümayiş etdirir,bir çox hallarda isə sadəcə seyrçi rolunda qalır. Aktualinfo.org ötən həftə meşələrin kütləvi şəkildə məhv edilməsi hallarına rast gəlinən bölgələrindən birindən,Şəki rayonundan yaydığı məlumatlarda isə mənzərə bir az fərqlidir.Belə ki,burada hektarlara meşə əraziləri balta,mişarla deyil, ağır texnikalar vasitəsi ilə məhv edilir.Ekologiya və Təbi Sərvətlər Nazirliyinin rəsmiləri isə yazıda göstərilən halların araşdırılacağını bildirdilər.Biz nazirliyin rəsmilərinə araşdırılıması üşün kənd sakinlərinin redaksiyamıza təqdim etdikləri video görüntüləri də əlavə edirik. Xatırladaq ki,yerli sakinlərin verdiyi məlumatlara görə, Şəki rayonun Baqqal kəndindən Baş layısqı və Cunud kəndləri arasında olan 10 km-lik məsafədə yerləşən qədim meşə ərazisi ağır texnikaların cəlb edilməsi ilə məhv edilməyə başlanılmışdır. Belə ki, iyunun 20-də də əlavə olaraq buraya 4 ədəd ağır tonajlı buldozerlər gətirilmişdir ki, min ha-dan çox olan və ən çoxu qoz, fısdıq, palıd, armud, sarağan ağaclarından ibarət meşə massivi məhv edilsin.Sakinlərin bildirdiyinə görə meşələr hansısa özəl təşkilat tərəfindən hal-hazırda yerlə-yeksan edilməkdədir. Meşə və meşə ətrafı düzənlik örüş sahələrinin göz görə-görə zəbt edilməsi ən azından ürəkağrıdan bir hadisədir. Min illərin meşə genefonduna belə amansızcasına divan tutulması faktlarına yalnız XX əsrın 90-cı illərində erməni faşistləri tərəfindən Dağlıq Qarabağın işğal olunmuş ərazilərində rast gəlinmişdir. Budur, bu gün gözümüzün önündə tarixi vandalizm Oğuz-türkünün dədə-baba torpağında təkrarlanmaqdadır. Yəni, tarixi Cunud meşəsi kimi tanınan böyük bir meşə dolayı mənəviyyatı aşınmış işbazların arzu və istəyi nəticəsində tarixin arxivinə gömülməkdədir. Bu yerli sakinlərin gözləri qarşısında doğma torpaqlarında,kəndlərində meşələrin talanmasına olan etirazın bir kiçik hissəsidir.Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə hansısa bir şirkət tərəfindən ərazidə böyük fındıq bağlarının salınması üçün işlər aparıllır. Fındıq bağlarının salınması təbii ki,lazımdır.Amma hektarlarla meşə massuivini məhv etmək,dağıtmaq yolu ilə yox.Bu şirkət kimlərə məxsusdur?

məyus vətəndaş 2020-07-04 15:43:33

məyus olduq, məlumat qıtlığı mövcuddur, əsas cinayətkarlar şad-xürrəm yaşamaqda davam edirlər

Sənan 2020-07-04 13:15:46

Deməli Elmarın ancaq 4 milyonluq 2 mənzilini olmasını kimsə bilməsə idi,Elmar hələ 25 ildə öz işində olacaq idi.

Aydın 2020-07-04 08:03:32

Talaçılardan talanmış milyardların qismən alınması prosesi gedir? Əgər doğrudan belədirsə onu alıb kimə verirlər?.

Rabitəçi 2020-07-03 23:17:41

Cənab DTX yolunuzu zəhmət olmasa Rabitə Nazirliyinə də salın ???

İsmayıl 2020-07-03 21:15:57

Tez deyil ki ???

SAVALAN 2020-07-03 20:59:05

Bu şou-film neçə seriyadan ibarətdir görəsən...?

Cəmil 2020-07-03 19:45:51

Dağlıq Qarabağın Azərbaycanlı İcmasını təmsil edən Tural Gəncəliyevi Xarici İşlər Nazirliyində.......

Rafail 2020-07-03 18:00:20

Hörmətli DTX əməkdaşları! Azərbaycan Reespublikasının İran İslam Respublikasının Tehran şəhərindəki Azərbaycan Respublikasının konsulu Abbas Cabbarov yaddan çıxmasın. O işini elə qurub ki, konsulluğu, dövlətimizin ən önəmli qurumunu alverxanaya döndərib. Şəxsi cibi üçün işləyir. Əlbəttə Xarici İşlər Nazirliyinin rəhbərlərinin nəzarəti altında. Baxın görün bu Abbas Cabbarov kimdir? ....

Cəmşid Dərələyəzli 2020-07-03 14:48:53

Bu yarpaq tökümü devam etdirilməli hər kəs əməllərinin bedelini çox ağır şəkildə ödəməlidir.

vətəndaş 2020-07-03 14:31:50

Günay Əfəndiyevanın fəaliyyətini yoxlasaydılar daha məqəsədə uyğun olardı. Həyata keçirdikləri layihələrin tərəfdaşları başdan ayağa korrupsiyaya bulaşmış şəsxlərdirlər.

Milli 2020-07-03 14:11:27

Erməni gəlininə aldığı mənzili ondan alacaqlar, ya onu həbs edəcəklər? ....

ejder 2020-07-03 13:23:41

......TECILI ONA WEREF ORDENI VERILMELIDI

Son yazılar