İLDIRIMZADƏNİN QARDAŞI OĞLU HƏBS EDİLDİ - DTX "AmrahBank"ın sahibinin oğlunu saxlayıb

Tanınmış prokuror Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ü. İldırımzadə "AmrahBank"ın Müşahidə Şurasının sədri Y. İldırımzadənin müşaviri olub.

O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən Ü. İldırımzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib. Y. İldırımzadə sabiq Daxili İşlər naziri Ramil Usubovun qudasıdır.

Xatırladaq ki, "AmrahBank" aprelin 28-i bağlanıb.

635x100

Şərhlər

Shushali 2020-07-05 19:09:04

Elshad Abdullayev hansi ki, pulunu Ramiz Mehdiyev, qardashini ise Covdarov ve Ildirimzadeler ogurlayib mehv etdiler duz 15 il qabaqdan bar-bar bagirirdi, haray salmishdi, hec kim reaksiya vermirdi. ...

Tanish 2020-07-03 19:48:59

.... dama doldurmaq ve butun yigdiqlarini ellerinden almaq lazimdir. Bunlar respublikada ne geder qaranliq cinayetler var orada ...adi hallanir. Cenab Presdent bunlarin fealiyyetinin cinayet emmelerini gerek yoxladib bunlarin layiq oldugu cezalara catirilmasinin temin ede. Bu prokror ishleyenin nece resmi banki olur, bu nece olkedir ki, prokror yigdigi rushfetlerden bank yaradir.

Son yazılar