"BAKIDA XƏSTƏXANALARIN 90 FAİZİ DOLUB..." - Operativ Qərargahın brifinqı + VİDEO

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirilir.

Mətbuat konfransında Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, “Asan Xidmət”in rəhbəri Ülvi Mehdiyev və Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov iştirak edirlər.

Onlar jurnalistlərin suallarını cavablandırırlar.

Maska və sosial məsafə...

Şahmar Mövsümov bildirib ki, koronavirus ümumxalq problemidir. Bu problemə qarşı hamı səfərbər olmalıdır: “Elə müharibədəyik, öncəbhədəyik. Hamımız bu mübarizəyə qoşulmalıyıq ki, qalib çıxaq. İndi elə unikal vəziyyətdir ki, dünya təcrübəsi yoxdur”.

Mövsümov əlavə edib ki, heç kim isti havada əlcəkdə, maskada gəzmək istəməz. Ancaq pandemiyanın qarşısını almaq üçün hamımız qaydalara riayət etməliyik:“Sosial məsafəni saxlamasam, maska taxmasam, əlimi yumasam, heç nə olmaz” demək düzgün deyil. Sərt karantin rejiminin uzadılmasının da səbəbi odur ki, artım zəncirini qırmaq üçün tibbi-metodiki göstərişlərə riayət edilməlidir".

Ş. Mövsümov deyib ki, bu gün artım dalğası tək Azərbaycanla bağlı deyil. ABŞ və Çində də bu artım var. Azərbaycandan sonra yumşalmalara gedən ölkələrdə də ciddi problem var. Sadəcə, maska taxmaq, sosial məsafəni gözləmək, əlləri yumaq lazımdır.

Yoluxma halarında Bakı liderdir

Ramin Bayramlı isə məlumat verib ki, holuxma hallarının 51,3 faizi Bakının payına düşür.

Binəqədi 12.8 faizlə ilk yerdədir. Son günlər Nəsimi rayonunda da yoluxma sayında artım müşahidə edilir: “Karantinin ilk həftəsindən etibarən sağalananların sayının artmasında müsbət dinamika müşahidə olunub. Sağalanların sayı yeni yoluxanların sayından artıq olmalıdır ki, xəstəxanaların yükü də azala bilsin”.

Bayramlı məlumat verib ki, hazırda koronavirusla bağlı ölkədə ölüm faktı iki faizdən azdır. Bu, digər ölkələrlə müqayisədə qənaətbəxş göstəricilərdir. Digər ölkələrdə ölüm faizi 12-14 faizə yaxındır. Bu fərqə Azərbaycanda qabaqlayıcı tədbirlərin vaxtında görülməsi səbəb olub.

Bölgələrdə vəziyyət...

Abşeron 16,3 faiz, Gəncə-Qazax 8,4 faiz, Aran 7,5 faiz, Lənkəran 5,8 faiz, Quba-Xaçmaz 1,6 faiz, Şəki-Zaqatala 1,4 faiz, Yuxarı Qarabağ 1,1 faiz, Dağlıq Şirvan 1,2faiz təşkil edir. Yoluxmanın 1,3 faizi xaricdən gələnlərdə aşkarlanıb.

"Aktiv xəstələrdən 59 nəfər süni tənəffüs cihazına qoşuludur"

“Hazırda aktiv xəstələrdən 59 nəfər süni tənəffüz cihazına qoşulu vəziyyətdədir. 267nəfər isə reanimasiya şöbəsində müalicə alır” - deyə TƏBİB sədri brifinqində bildirib.

O qeyd edib ki, Azərbaycanda ölüm halları 2 faizin altındadır: “Karantin rejimi tətbiq etməsəydik, say 3-5 qat artıq olardı. Say sabit saxlanılsa da, bu yetərli deyil və xəstəxanaların yükü artır”.

"Bakıda xəstəxanaların 80-90%-i dolub"

Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib ki, Bakıda xəstəxanaların 80-90%-i dolub: “Ümumi yoluxanların 57 faizi Bakının payına düşürsə, bu göstərici Sumqayıtda 15%, Abşeronda 6%, Gəncədə isə 3% təşkil edir”. 

i Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

R.Bayramlı bildirib ki, rayonlarda xəstəxanaların doluluq faizi 25-30% olduğu halda, paytaxtda bu 80-90% təşkil edir: “Aktiv xəstələrin 38 %-i hazırda müalicəsini ixtisaslaşmış xəstəxanalarda davam etdirir. Oğuz, Ucar, Daşkəsən, Zərdab və bir sıra ərazilərdə vəziyyət qənaətbəxş olsa da arxayınlaşmaq olmaz”.

İyulun 5-dən təşkilatlar işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır

“5 iyul tarixindən bütün icazələr silinəcək. Hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır”.  Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Aparılan təhlillər onu göstərir ki, bəzi təşkilatlar icazə portalından sui-istifadə edirlər. Buna görə də bəzi icazələr silinib və təşkilatlara bununla bağlı məlumatlar göndərilib”, - o bildirib.

Ölkə üzrə hərəkətinə icazəsi olanlar yalnız bir halda rayonlara gedə biləcək

“Bəzi vətəndaşlar icazə portalından qeydiyyatdan keçdiklərinə görə bütün ölkə ərazisi üzrə icazəsi olduğunu deyirlər. Amma sabahdan təşkilatlar bununla bağlı fəaliyyətinə icazə aldığı əməkdaşı üçün həm də ezamiyyə məlumatlarını da sistemə daxil etməlidir” - deyəi Ülvi Mehdiyev  bildirib.

“Əgər sistemdə ezamiyyə icazəsi də olarsa, o zaman həmin şəxs yaşadığı şəhəri tərk edə biləcək. Əks halda, qarşısı alınacaq”, - o bildirib.

"Payız aylarında koronavirusun daha surətlə yayılacağı gözlənilir"

Ramin Bayramlı daha sonra deyib: “Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”.

O bildirib ki, diqqətli olunmasa vəziyyət ciddiləşə bilər: “Nə qədər ciddi karantin rejimi olsa da, xəstəxana sayı artsa da, vətəndaş məsuliyyəti olmadan virusun qarşısını almaq mümkün deyil. Ona görə də hamılıqla birlikdə vaksin tapılana qədər qoyulan qaydalara ciddi əməl edək”.

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-07-04 07:02:33

Lökbatan qəsəbəsində bir necə korpusdan ibarət yeni bir XƏSTƏXANA tikilib CƏN.prezidentin tapşırıqı iylə tam hazırdır niyə istifadəyə verilmir.Onun tikintisinə bizdə kömək etmişik bu 2000-ci ildən əvvəl iydi.O vaxt maliyyə probleminə ğörə yarımcıq qalmışdı.İNDİ TAM HAZIRDIR SƏHİYYƏ NAZİRLİYİ YƏQİN UNUDUB.

Xalq 2020-07-03 18:36:41

Əgər vaksin tapılsa virusa onsuz da bizə ən axırda verərlər çünki vaksini almaq üçün yaxşı pul lazımdır. Pul isə bizdə yoxdur.

Son yazılar