Menu

Müxalifət  parlament seçkilərini uddu

06.10.2014, 11:14
Müxalifət  parlament seçkilərini uddu

Bolqarıstanda keçirilən parlament seçkilərində müxalif QERB (Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar) partiyası qalib gəlib.

APA-nın Bolqarıstan mətbuatına istinadən xəbərinə görə, Bolqarıstan Mərkəzi Seçki Komissiyası yeni parlamentdə 8 partiyanın təmsil olunmaq hüququ əldə etdiyini açıqlayıb. Keçmiş baş nazir Boyko Borisovun başçılıq etdiyi QERB partiyası seçicilərin 33,6% səsini toplayıb. İkinci yerdə 16,1%-lə Bolqarıstan Sosialist Partiyası gəlir.

Bundan başqa, parlamentdə türk və müsəlman azlığının maraqlarını təmsil edən Hüquq və Azadlıqlar Uğrunda Hərəkat (11,8%), İslahat Bloku (8,5%), Vətənpərvər Cəbhə (7,5%), Senzurasız Bolqarıstan (6%), Hücum (5%) və Bolqar Dirçəlişi Koalisiyası (4,6%) da təmsil olunacaq. Bolqarıstan Sosialist Partiyasının sədri Mixail Mikov seçkilərin nəticələrini tanıdığını bəyan edib və QERB-i seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Qeyd edək ki, Bolqarıstan parlamenti 240 yerdən ibarətdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol