Azərbaycanda yaşayan gürcülər Gürcüstanın ali məktəblərinə imtahansız qəbul olunacaqlar.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qərar qəbul edib.
Qərar vahid milli imtahanlar üçün qeydiyyatdan keçən və yaranmış vəziyyətə görə Gürcüstana gedə bilməyən həmvətənlərə şamil olunacaq.
Qərara əsasən, Azərbaycanda yaşayan 70-ə yaxın gürcü abituriyentin ali təhsili dövlət hesabına maliyyələşdiriləcək. Gürcüstan hökumətinin müvafiq qərarı Azərbaycanda yaşayan soydaşların dəstəklənməsinə yönəldilib.


Şərhlər
Bizim Qax və Zaqatala rayonlarında yaşayan ingiloyların Gürcüstanın ali məktəblərinə imtahansız qəbulu siyasi məqsəd daşıyır.Sovet dövründə də Gürcüstan hökumətio Azərbaycan gürcülərini Tbilisidəki ali məktəblərə aparırdılar.Ancaq bunun qarşısını almaq üçün tədbirlər görülürdü.Bu məsələni başlı-başına buraxmaq olmaz.Bizə təhsil məsələsini bilən bir nazir lazımdır.