Menu

Türkiyədə fabrikdə partlayışa görə 3 nəfər saxlanılıb

04.07.2020, 18:35
Türkiyədə fabrikdə partlayışa görə 3 nəfər saxlanılıb

Polis əməkdaşları Türkiyənin şimal-qərbindəki fişəng fabrikində baş vermiş partlayışla bağlı iş üzrə üç şübhəli şəxsi saxlayıb. 

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə ilə əlaqədar müəssisənin rəhbəri və daha iki nəfər saxlanılıb. Hazırda onlar müstəntiqlərə ifadə verirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol