Menu

"Qarabağ" yeni futbolçu alır

06.10.2014, 14:22
"Qarabağ" yeni futbolçu alır

İtalyanın "Livorno" klubunda çıxış etmiş hücumçu artıq Bakıya gəlib

"Qarabağ" futbol klubu yeni futbolçu almaq niyyətindədir.

ANS PRESS-in Azerisporta istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Nigeriya əsilli isveçrəli hücumçu İnnosenta Emeqarunu transfer etmək istəyir.

Bir müddət əvvəl İtalyanın "Livorno" klubunda çıxış etmiş hücumçu artıq Bakıya gəlib. Futbolçu ilə bu günlərdə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, hücumçu "Qarabağ"ın Avropa Liqasındakı matçlarında iştirak edə bilməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol