“SƏDAQƏTLƏ XİDMƏT ETMİŞƏM...” – Ramiz Mehdiyev bəyanat yaydı

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev son günlər ona qarşı artan hücumlarla bağlı bəyanat yayıb.

“AzPolitika.info” Ramiz Mehdiyevin bəyanatını təqdim edir:

“Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. 

Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir.

Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünki inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidqi-ürəklə xidmət etmişəm.

Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız, iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin sərf etməkdə görmüşəm.

Möhtərəm Prezident İlham Əliyevin “Ölkəmizin uğurlu və hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz” sözləri mənim üçün hər şeydən daha yüksəkdə dayanan bir qiymətdir.

AMEA-nın prezidenti kimi də ölkəmizin rəhbəri İlham Əliyevin elmimiz qarşısında qoyduğu vəzifələri ləyaqətlə və məsuliyyətlə həyata keçirməyi, cənab Prezidentin məni təyin etdiyi bu vəzifədə dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm”.

635x100

Şərhlər

S.Ənvərqızı 2020-07-12 15:28:33

Ramin Mehdiyev heç vaxt xalqına sədaqətlə xidmət etməyib, xidmət etmiş olseydi PA-na rəhbərlik etdiyi dövrlərdə saysız-hesabsız müraciətlər,hətta bir neçədəfə qəbulda olmağıma baxmayaraq müraciətimə əhəmiyyət verilməmiş,etika xatirinədə olsa cavab da verilməmişdir. İndi də PA -da onun kadrları yerləşdiyindən vətəndaşın müraciətinə əhəmiyyət verilmir...belə halar vətəndaşın dövlətə olan inamına balta çalır və sosial narazılıqları artır.. PA-nın Regional şöbəsində köklü kadr islahatları aparılmalıdır,bütün narazılıqları yaradan,vətəndaşın müraciətinə əhəmiyyət verməyən,sosial narazılıqları artıran şöbədir... Cənab Prezident, ölkəmizdə sosial narazılıqları yaradan, vətəndaşın dövlətə olan inamına balta çalanlar yerində olmayan məmurlardır və bu məmurları işdən azad etməklə,onların qanunsuz yolla əldə etdikləri sərvətləri əllərindən almaqla sosial narazılıqlar öz-özünə aradan qalxacaq və xalqımız firavan həyata qədəm qoyacaqdır.

Rövşən 2020-07-11 13:56:06

Cənab prezident siz Ramiz Mehdiyevə qətiyən inanmayın siz dövlətin daha çox xarici siyasətiylə məşqul olanda ölkənin daxili siyasətini Ramiz Mehdiyevə tapşıranda o ölkənin daxili siyasətini öz əlaltılarının köməyi ilə qara günə qoydu ki, xalq həmişə sizdən narazı qalsın sizin ona ehtiyacınız yaransın o bunun ustadı idi sizin səmimiyətnizdən istifadə edirdi.Cənab Prezdent və xanım Mehriban Əliyeva qətiyən bu şəxsin səmimiyətinə inanmayın.Bunun bu illər ərzində hakimiyətin içinə yerləşdirdiyi korrupsionerlər ordusunu hakimiyyətdən qovun sizdən xahiş edirəm.

ejder 2020-07-09 15:47:00

YALANSA SENI KQBEWNIK PUTININ ,,ILAN,,I SANCSIN.POLITICESKIY TRUP

Sabir 2020-07-09 11:31:16

H.Əliyevin dediklərinə inansaq o,Rusiyanın agentidir.

ANAR 2020-07-09 10:21:25

Ramiz Mehdiyevin müasir Azərbaycan dövlətinin qurulmasında rolu danılmazdır. Ümummilli lider bilirdi kimə hansı sahəni tapşırırdı, eləcə də ondan sonra. relsin üzərində olan qatarı idarə etmək asandır, əsas məsələ qatarı relsin üzərinə çıxarmaqdır ki, bunu da H.Əliyev üz komandası ilə bacardı...

Murad 2020-07-09 00:09:40

Senin xidmetin Azerbaycani sevenlere qarshi olub. Sen Ulu Onderimizi sevenlere qarshi olmusan her zaman

Gündüz- ə cavab 2020-07-08 22:06:22

“SƏDAQƏTLƏ XİDMƏT ETMİŞƏM...” – Ramiz Mehdiyev bəyanat yaydı, amma, MILYARDER ve BOYUK SERVETLERE NECE SAHIB OLDUQU BAREDE SUSDU........, chunki, .....

bəyanata cavab 2020-07-08 21:57:04

“SƏDAQƏTLƏ XİDMƏT ETMİŞƏM...” – Ramiz Mehdiyev bəyanat yaydı, amma, MILYARDER ve BOYUK SERVETLERE NECE SAHIB OLDUQU BAREDE SUSDU........, chunki, .....

Cavan 2020-07-08 20:29:23

Xidmət etmisən Rusiyadan mükafatlarını da almısan.Xidmət edib Bakıda rus məktəblərini çoxaltmısan ki özün kimiləri çoxaldıb Azərbaycanın canına salasan.Sən xalqımıza qarşı etdiklərinə görə cavab verməlisən.

Orxan 2020-07-08 19:42:21

Ramiz Mehdiyev kimlərə daqetle xidmet edib, məlumdur....

t.ədalət 2020-07-08 17:32:04

Böyük adamlar Vətənə xidmət edənlərdir.Kiməsə sədaqətlə xiudmət etmək Allaha şərik qoşmaq və cılızlıq əlamətidir.

Cavan 2020-07-08 15:47:12

Ola bilər sədaqətlə xidmət edib,amma kimə? Maraqlı olan budur.

Kələntər 2020-07-08 09:46:57

İNANAN DAŞA DÖNSÜN !

Şaiq 2020-07-08 09:44:57

Təhlillərim onu göstərir ki, verilmiş komandanı durdurmaq iqtidarında deyilsiniz. Hər şeyiniz dərb olunacaq. Sizin düşdüyünüz bu acınacaqlı durum digərlərinə dərs olmalıdır. Bilsinlər ki, vəzifə , var - dövlət gəldi - gedərdi. Dövlətinə xidmət edən insan qürurlu, fərdə xidmət edən isə yaltaq olur.

Adil Vekiyev 2020-07-08 03:17:38

Semimi deyil.

Əliəddin 2020-07-08 00:10:13

Bəyanatı tam səmimi dəyərləndirirəm. Ağa malının, Şeyx Əbdülün, Eldar Namazovun və onlar kimilərin sayıqlamaları ...utanmazlıqdan ba.qa bir şey deyil.

Gündüz 2020-07-07 23:59:35

Hörmətli Akademikimiz Ramiz Mehtiyev həmişəki kimi qısa bəyanatı ilə kimin kim olduğunu bu yazıların nəyə xidmət etdiyini aydın şəkildə bildirdi. Onsuz da Fəzail Ağamalı və Eldar Namazov kimi adamların nə məssəbə qulluq etdiklərini heç özləri də bilmirlər. Gündə bir qucaq dəyişirlər. Sözü atıb gözləyirlər ki, o sözlərə kim necə reaksiya verir. Ağsaqqal onların hərəkətlərinin qiymətini çox gözəl verdi.

[email protected] 2020-07-07 23:24:17

Hörmətli akademikin nəzər diqqətinə catdiriram ki əcl vətənpərvər hakimiyətə yox dövlətə xidməti ilə fəxr etməlidir.

ayrım 2020-07-07 23:18:10

Soğan yeməmisən icin niye göynəyir deyərlər adama. Bir Rusiya vətəndaşı vardı əsli iranlı adı da İrəndost İrəc Əmirağa olu. 2004-cü ildə redaksiyamıza gəlib dedi ki Ramiz Mehdiyev Rusiya məxfi orqanında cox yaxşıəlaqəsi var mən onu görmüşəm yazın qəzetə.

Telman 2020-07-07 22:57:44

Yalansa senin dilinden Ilan sancin

ÜVEYS 2020-07-07 22:24:35

Ramiz Mehdiyev dogurdanmi hec vaxt Azərbaycan Xalqini hesaba qoymayib? O umumiyyetle Xalqa xidmetden hec soz etmeyib bu aciqlamasinda. Bu ne demekdir?

Anar 2020-07-07 21:48:45

Mehdiyev yenə də həmişəki kimi qısa və konkret. Sadiq olmuşam və sadiqəm. Həqiqətən də belədir. Yoxsa Emummilli lider ona etibar etməzdi. Birdəki 2003 cü ildə indiki quyruqbuluyanların hamısı aradan çıxmışdı. Musavat vəsiqəsinə miliyonlar sayanlar var idi. Hec nə yaddan çıxmayıb. 2003 də Mehdiyev kimi 3-4 kişi var idi ortalıqda onlara hakimiyyət lazım olsaydı o vaxt götürərdilər və bu günkü qulbecələr də ayaqlarından öpərdilər Amma başda Ramiz müəllim olmaqla sədaqətli kişilər ölkənin liderini Prezidenti dəstəklədilər və zaman da göstərdi ki haqlı olublar. Prezident və komandası ilə birlikdə xalqa xidmətə davam. Biz birlikdə güclüyük. Bunu zaman sübut edib.

Son yazılar