Prezident İlham Əliyev "Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla “Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması” layihəsi üzrə nəzərdə tutulan işlərin başa çatdırılması üçün “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 8,5 milyon (səkkiz milyon beş yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (ASC) ayrılıb.


Şərhlər
Maraqlıdır,bu ASC-ə bir birinin ardınca pul vəsaitləri ayrılır.ölkədə susuz rayonlar,kəndlər susuzluqdan yanır.O zaman sual olunur, bu pullar necə və hara xərclənir?Bunu bir ciddi araşdıran varmı?İllərdir pul vəsaiti ayrılır.nəticə isə göz önündədir.Susuz rayonlar,suvarılmayan əkin sahələri.hətta heyvanlara su verilə bilmir.Bu necə ASC-dir,nə işlə məşğuldurlar?Yosa bütün bunlar Əhmədzadəyə bağışlanır? Bu necə olur?