Menu

İtaliya ordusunda korrupsiya əməliyyatı - 30-dan çox şəxs saxlanılıb

10.07.2020, 09:39
İtaliya ordusunda korrupsiya əməliyyatı - 30-dan çox şəxs saxlanılıb

İtaliyanın paytaxtı Romada Silahlı Qüvvələrdə korrupsiya faktı ilə bağlı polis əməliyyatı keçirilib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 31 nəfər saxlanılıb.

Saxlanan şəxslər arasında ölkə Müdafiə Nazirliyinin məmurları və iş adamları olub.

Qeyd olunur ki, cinayət işi ordunun maddi-texniki təminatı ilə bağlı tenderin keçirilməsi ilə bağlı açılıb.

Ümumilikdə, əməliyyat nəticəsində 18 milyon avroluq fırıldağın üstü açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol