Menu

“Digər ölkələr Azərbaycanın təcrübəsinə müraciət edir” - Hikmət Hacıyev

10.07.2020, 17:26
“Digər ölkələr Azərbaycanın təcrübəsinə müraciət edir” - Hikmət Hacıyev

“Digər ölkələr də hazırda Azərbaycanın təcrübəsinə müraciət edir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bir sıra ölkələr yumşalmaya gedəndən sonra artım oldu: “Həmin ölkələr Azərbaycanın təcrübəsinə uyğun olaraq, yenidən qapanmaya gedir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, vətəndaşların səbri, təmkini xüsusi qeyd olunmalıdır: “Xaricdəki vətəndaşlarımızın təxliyəsi davam edir. Müntəzəm xarakter daşıyan çarter reysləri də həyata keçirilir. Türkiyə və Azərbaycan arasmında qarşılıqlı olaraq həftədə 4 çarter reys həyata keçirilir. Bakıdan Londona çarter reysləri ilə bağlı danışıqlar yekunlaşıb, həftədə bir dəfə çarter reysi həyata keçiriləcək. Almaniyadan Berlin-Bakı reysi də həyata keçiriləcək. Rusiya ilə də bu istiqamətdə danışıqlar aparılır”.

H. Hacıyev nəzərə çatdırıb ki, 6-12 iyulda Rusiya sərhədindən 250 vətəndaş Azərbaycana gətirilib.

Şərhlər

ejder 2020-07-10 21:14:51

AYE,ANALOQU OLMAYAN TECRUBESINE...YADDAN CIXDI.HA HA HA ,MALADES

H.Hacıyevə 2020-07-10 19:42:27

Bizdə hansı təcrübə nəticəsi var ki,ondan ABŞ.Türkiyə,Fransa və digərləri istifadə etsin.Niyə bizimkilər havaya baxıb nəticə verir.Bir az ayıq və real olmaq vacibdir.Oxunmuş mahnlar köhnəldiyindən onlara diqqət edən olmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol