Menu

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı artıb - RƏSMİ

10.07.2020, 23:08
Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı artıb - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.

Bu barədə TƏBİB-in məlumatında qeyd olunub.

Bildirilib ki, xəstələrdən 343 nəfəri reanimasiyadadır. Ötən gün isə belə xəstələrin sayı 329 nəfər idi. Süni nəfəs cihazına qoşulanların sayı isə 48 nəfərdir.

Qeyd edək ki, bu günədək Azərbaycanda 22 min 990 nəfər COVID-19-a yoluxub, onlardan 14 min 093-ü sağalıb, 292 nəfəri isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol