Menu

İrəvanda hökumət binasının qarşısında aksiya keçirilir

06.10.2014, 16:24
İrəvanda hökumət binasının qarşısında aksiya keçirilir

İrəvanda yüzlərlə iri və xırda ticarətçi “Dövriyyə vergisi haqqında” qanuna etiraz olaraq hökumət binasının qarşısına toplaşıb və baş nazir Ovik Abramyandan onlara verdiyi sözü yerinə yetirməyi tələb edir.

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, ticarətçilər oktyabrın 1-də də aksiya keçirmiş, Ovik Abramyan isə oktyabrın 2-də onların nümayəndələri ilə görüşərək 3 gün ərzində qanunla bağlı təkliflərini irəli sürməyi vəd etmişdi.

Ticarətçilər əllərində “İri biznes sizsiniz - hakimiyyət” yazılan plakatlar tutublar. Şəhər polisinin nəzarətində keçən nümayiş iştirakçılarından üç nəfər seçilərək yenidən baş nazirin qəbuluna göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol