PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI - "Səhvim oldu, cənab prezident də..." (Yenilənib)

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.

Unikal.org-a açıqlama verən Arif Qasımov prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib: "Cənab prezidentin verdiyi qərar bizim tacımız, qəbulumuzdur. Səhvim oldu, cənab prezident də məni vəzifəmdən azad etdi".

***


Prezident İlham Əliyev Arif Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, A.Qasımov 2015-ci ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəl 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

635x100

Şərhlər

Dövlətini sevən 2020-07-12 15:31:12

İşdən azad olunası İcra Başçılarından ən birincisi Elxan Usubovdur ?

Şəkidən 2020-07-12 14:51:04

Şəki İcra Başçısının,1 və müavinlərin əldə etdikləri mülklərinin sayı sonsuzdur ?

.EJDER 2020-07-12 03:57:09

VETENE XIDMET ANLAYIWI OLMYAN NATEMIZLERLE ANALOQU OLMAYAN INKIWAF EDIRIK.HA HA MALADES

Musa 2020-07-11 23:09:42

Yaltaqlanır ki pulunun hamısın almasınlar.

ayrım 2020-07-11 21:40:48

Oluqca düzgün qərardı cənab Prezident. Nizami rayonunda bir tin bir kücə bir bağ qalmayıbki daxıdılıb obyekt tikilməsin bının bəlk də rayonda 100 ə yaxın obyekti var ikinci yerdə Xətai rayon İHB durur.

Son yazılar