İCRA BAŞÇISININ İŞDƏN ÇIXARILMASINA SƏBƏB OLAN OBYEKT SÖKÜLDÜ - VİDEO

Nizami rayonu, Məhəmməd Xəlil Şərifli və Şirin Mirzəyev küçərlərinin kəsişməsində yerləşən parkda tikilən qanunsuz obyekt sökülüb.

Qanunsuz obyekt barəsində Azərbaycan Dövlət Televeziyasında (AzTv) reportaj yayımlanıb.

Parkın bir hissəsinin zəbt olunaraq tikilən obyekt ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Ərazidə yaşayan sakinlər bu tikililə bağlı öz narazılıqlarını bildirib.

Qeyd edək ki, sözü gedən ərazidə yerləşən park son illərdə paytaxtın bir çox ərazisində gerçəkləşdirilən "ABAD həyət" layihəsi çərçivəsində salınıb. Daha sonra parkın ərazisində qanunsuz şəkildə bir hissə zəbt olunaraq, obyekt inşa olunub.

635x100

Şərhlər

t.ədalət 2020-07-12 16:55:24

Bu İH başçıları Qaradağ rayonunun başçısı S.Mikayılovun yanında kasıb hesab oluna biulərlər.Oğurluq sərvətlərin imperiya başçısı S.Mikayılovdur.

Şaiq 2020-07-12 16:49:23

"Başçı " , SƏHF ETDİYİ ÜÇÜN İŞDƏN ÇIXARILDIĞINI DEYİR. SƏNİNKİ SƏHF DEYİL, ACĞÖZLÜKDÜR, VƏRDİŞDİR. NİZAMİ RAYONUNDA AĞAC SOYQIRIMI İLƏ, QANUNSUZ TORPAQ SATMAQLA MƏŞĞUL OLUBSAN. 8 - Cİ KM. BAZARININ YANINDA 25 -Ə YAXIN BÖYÜK AĞACI MƏHF EDƏRƏK 40 SOT TORPAQ ZƏBT ETDİN. QANUNSUZ, SEX kimi İŞLƏDİRSƏN. BURADA SAKİNIƏR İŞTIRAHƏT EDİRDİ.

Oxucu. 2020-07-12 15:32:13

Bu Arifin əsas şəriki Şərurdan olan Akifdir demek olarki bütün tayfasını icrayə yönəldib bu rayonda əsas hündür mərtəbəli binaları inşa edir bir neçə şadlıq sarayları xusisəndə Sərin şadlıq sarayı LLOKR şadlıq sarayı və digərləri deyilənə görə rayonun palajeniyasına bu adam baxır.

Oxucu 2020-07-12 14:53:25

Cənab Prezident Şəki əldən gedib ?

Mehdi 2020-07-12 12:07:56

Bu adamaoxsamazlar bizim bu gõzəl ölkəmizi görün nə gunə saldılar.

Şaiq 2020-07-12 09:16:00

Bu tip insanlar həbs olunmalıdır ki, digərlərinə acəı dərs olsun. Məsum görünüşlü bu insanın törətdiyi cinayətin fəsadları çox ağır ola bilər. 70 illik ağaclar məhv edilərək METRO.....METRO XƏTTİNİN ÜZƏRİNDƏ OIAN TORPAQLAR SATILIB. METRO RƏHBƏRLİYİNİN DƏ DOBRO VERDİYİ BU TİKİNTİLƏR TUNELLƏRİN HAVALANDIRMA SİSTEMİNƏ DƏ MƏNFI TƏSİR GÖSTƏRİR. 1996- CI İLDƏ BU TORPAQLAR SATILIB TİKİNTİYƏ START VERİLMİŞDİ. TAĞI MÜƏLLİM RƏHMƏTLİK HEYDƏR ƏLİYEVƏ BU MƏLUMATI VERƏN KİMİ QƏRARLAR LƏĞV EDİLDİ .

.EJDER 2020-07-12 04:02:48

AYE YERINDE,,SUPERMARKET,TIKILEJEK,LUKAWENKO CANI

rasim quliyev 2020-07-11 21:31:16

obyekti sokmekdense elinden alinaraq dovlet kimsesizler evine vererdiler hem dovlete xeyr versin hem de camaat .Sokduz bravo Siz bir sorushun hansi pula edib o ishleri .Tebi ki ogurlugla yeni bizim cibimizin puludur Sizde sokduz.Sozum yoxdur Size _

Ədalət 2020-07-11 20:10:40

Nizami rayonunda Vosmoy bazarından düz Neftçilərə qədər olan otuz illik şam ağacları məhf edilərək yerində obyektlər tikilib.Bunun cavabın kim verəcək ????

t.ədalət 2020-07-11 18:18:19

Məlumdur ki,cənab Prezident oğru və quldur İH başçılarına qarşı ciddi mübarizə aparır.Belə bir vaxtda qanunları vecinə belə almayan adamların hərəkətləri təəccüb doğurur.Normal ağılı olan adamlar,əlbəttə, səhv hərəkətlərdə\n yayınardılar.... Yasamalın keçmiş İH başçısı Əziz Əzizovun da əməllərinin yoxlanılması lazımdır.

ejder 2020-07-11 17:40:55

AYE BOYUK IW OLDU,MALADES...

Vətəndaş 2020-07-11 17:39:30

Cənab Prezident, Şəkidə də M.F.Axundov adına və Fizulu adına parkın torpaqları zəbt olunaraq icra başçısı və 1 müavini tərəfindən zəbt olunaraq özləri üçün pul qazanan opyekt yaratmışlar və insanların istirahət yerlərini əllərindən almışlar. Xahiş edirik onların qanunsuz əməllərinə stop qoyun ?

Oxucu 2020-07-11 17:35:00

Nizami rayonda bütün qanunsuz obyektlər bu adama məxsusdur üzün illər bu rayonun bələdiyə sədri olub.....Qısa müdətdə Xızıya icra başçısı getsədə burdakı obyektlər onun nəzarətində idi Xızıyada səbəbsiz getməmişdi atası Adilin qohumu olan zırpi bir məmurun obyektlərini böyük təsərüfatının işlərini yola qoymaq üçün grtmişdi.

Son yazılar