Oktyabrın 7-də ölkə ərazisində külək güclənəcək, havanın temperaturu 4-6 dərəcə enəcək, bəzi yerlərdə intensiv yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, şimal-qərb küləyi güclənəcək. Temperatur 11-16 dərəcə isti olacaq.
Oktyabrın 7-də Azərbaycanın rayonlarında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək. Qərb küləyi güclənəcək. Gecə 10-14, gündüz 14-19 dərəcə, dağlarda gecə 1-5, gündüz 5-8 dərəcə isti olacaq.


Şərhlər