ŞƏHİDLƏRİMİZ TOVUZDA ALQIŞLARLA QARŞILANDI - Video

Bu gün Tovuzda Ermənistan silahlı qüvvələri bölmələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbçilərimizi Tovuz rayon sakinləri alqışlarla qarşılayıb.

“Report” xəbər verir ki, qarşılamanın görüntüləri sosial şəbəkədə yayılıb.

Belə ki, rayon sakinləri şəhidlərimizi böyük izdihamla qarşılayıb və "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndiriblər.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

635x100

Şərhlər

CELİL kordon 2020-10-01 11:13:40

ALLAH RƏHMƏT ETSİN

Özgür 2020-07-13 11:29:43

Allah şəhidlərə rəhmət eləsin!

İ.Mustafaoğlu 2020-07-13 10:43:51

- Allah Şəhidlərimizi Rəhmət eləsin,Valideynlərinə isə Allahdan səbr diləyirəm..

Vətəndaş 2020-07-13 09:49:30

Millətimiz bütün gücünü toplayıb Prezidentimizin ordumuzun ətrafında birləşib düşmənlərimizlə ölüm-dirim savaşına girib torpaqlarımızı almalıdır ki qaniçən düşmən belə azqınlamasın.

Eko 2020-07-13 08:24:51

Beliiii Allah rehmet elesin !!!!! Memurlarin oqullarida xaricdr keef elesinner !!!! Haraminiz olsun !!!! Memmedyarov kimilere !!!!

Vətəndaş 2020-07-13 01:42:17

ALLAH RƏHMƏT ELƏSİN ŞƏHİDLƏRİMİZƏ, VƏTƏN ÖVLADLARINA!

.EJDER 2020-07-13 00:52:24

ALLAH BUTUN WEHIDIDLERIMIZI REHMET ELESIN.KIWI ONLARDIR,MEMUR OVLADLARI YOX

Son yazılar