Oğlunu öldürən ata tutuldu

İyulun 12-də saat 08 radələrində Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində 1985-ci il təvəllüdlü Elkən Şəmizadənin odlu silahla qətlə yetirilməsi barədə məlumat daxil olmuşdur.

Kürdəmir rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla hadisənin zərərçəkmişin atası, onunla eyni ünvanda yaşayan 1959-cu il təvəllüdlü Məzahir Şəmiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Məzahir Şəmiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar