Menu

Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyə olunur

13.07.2020, 11:30
Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyə olunur

Türkiyədə qalan 26 Azərbaycan vətəndaşı Gürcüstan vasitəsilə Vətənə təxliyə olunur.

Bu barədə “Report”un Gürcüstan bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

Hazırda vətəndaşlar Gürcüstan ərazisinə "Sarpi" sərhəd-keçid məntəqəsindən daxil olurlar. Onlar koronavirusla bağlı Türkiyədə testdən keçiblər və arayış əldə ediblər.

Həmin şəxslərin səfirliyin dəstəyi ilə bu gün ərzində "Qırmızı körpü" sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbayacana keçməsi təmin olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol