Rusiyada koronavirusa yoluxanların sayı 730 mini ötüb

Rusiyada son sutka ərzində koronavirusa 6 537 yeni yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 733 699 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 104 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 11 439 nəfərə yüksəlib.

Ümumilikdə 504 021 pasiyent koronavirusdan sağalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar