Erməni vəhşiliyi Rusiyanın ayağa qaldırıb. Rusiyanın Stavropol diyarının Minvod mərkəzi xəstəxanasında baş verən kütləvi davanın videosu sosial şəbəkələrdə yayıldıqdan sonra böyük rezonansa səbəb olub.
Məlumatı "Xartiya-97" təşkilatı yayıb. Virtualaz.org saytı rus nəşrlərinə istinadən xəbər verir ki, bu hadisədən sonra 400-dən çox sakin etiraz edərək Stavropoldakı Lenin heykəlinin önünə toplaşıblar. Aksiya iştirakçıları Anatoli Larionov adlı şəxsin xəstəxanada ermənilər tərəfindən vəhşicəsinə döyülməsinə etiraz ediblər.
Öldürülən şəxsin anası Tatyana Larionova isə etirazçılara səslənərək mitinqin dağılmasını xahiş edib.
Hüquq-mühafizə orqanları məsələ ilə bağlı tədbirlər görərək onlarla insanı saxlayıb. Saxlanılanlar arasında 20-ə yaxın 8-9-cu sinif şagirdi ailələrinə təhvil veriblər. İki nəfər şəxs isə həbs edilib. Bildirilib ki, etirazçılar heç bir konkret tələblə çıxış etməyiblər və nə istədiklərini bilmirlər.
Hüquq-mühafizə orqanları iddia edir ki, şəhər sakinləri bu hadisə vasitəsi ilə uzun illərdir həll edilməyən problemlərini səsləndiriblər.
Qeyd edək ki, bu hadisə sentyabrın 20-dən 21-ə keçən gecə baş verib. Kafedə başlamış dava daha sonra xəstəxanada davam etdirilib. Mərkəzi rayon xəstəxanasının müşahidə kameraları tərəfindən bu özbaşınalıq qeydə alınıb. Görüntülərdə qafqazlı olduqları ehtimal edilən 40-a yaxın gəncin xəstəxanaya girdiyi müşahidə olunur.


Şərhlər