Menu

"Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır" - Peskov

14.07.2020, 14:34
"Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır" - Peskov

“Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan dərin narahatdır və tərəfləri təmkinli olmağa və atəşkəsə rejiminə əməl etməyə çağırır“.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ermənistan-Azərbaycan sərhəddində baş verən atışmalardan çox narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəsə dair öhdəliklərinə əməl etməyə çağırırıq", - deyən D.Peskov qeyd edib.

"Rusiya Minsk qrupunun həmsədri olaraq vasitəçilik səylərini göstərməyə hazırdır. Buna görə də hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq", - deyə Kremilin mətbuat xidmətinin rəhbəri əlavə edib.

Şərhlər

vidadi goyce 2020-07-14 17:45:31

господин песков надо быть искренным армяни они в политике за своих женщины и ето вам нравится

t.ədalət 2020-07-14 15:37:32

Bu narahatlığı,məgər, Kreml yaratmayıbmı?

X 2020-07-14 14:55:06

Ay siz olesiz a narahatmislar bilmirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol