Menu

Putin İŞİD-lə bağlı Təhlükəsizlik Şurasını topladı

06.10.2014, 18:23
Putin İŞİD-lə bağlı Təhlükəsizlik Şurasını topladı

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə İŞİD terror qruplaşması ilə bağlı təhlükənin müxtəlif aspektlərini müzakirə edib. musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov açıqlama yayıb.

Daimi üzvlərlə operativ müşavirə zamanı Kreml başçısı həmçinin, gündəmdə olan sosial-iqtisadi xarakterli aktual məsələləri də müzakirə edib.

Müşavirədə baş nazir Dmitri Medvedyev, Federasiya Şurasının sədri Valentina Matviyenko, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, ölkə hüquq-mühafizə və kəşfiyyat orqanlarının rəhbərləri - Sergey İvanov, Aleksandr Bortnikov, Rəşid Nurqaliyev, Mixail, Fradkov, Boris Qrızlov iştirak ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol