Menu

Şəhid gizirimiz Yaşar Babayev son mənzilə yola salınıb - FOTO

15.07.2020, 10:50
Şəhid gizirimiz Yaşar Babayev son mənzilə yola salınıb - FOTO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu ötən gün doğulduğu kənddə torpağa tapşırılıb.

"Report" xəbər verir ki, şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.

Şəhidimizin məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb. Şəhidin tabutu üzərindəki üçrəngli bayrağımız dayısı Məhərrəm Əliyevə təqdim edilib.

Şərhlər

Gulsən 2020-07-15 11:27:52

Allah yerin cənnət eləsin o dünyasını versin Allah yaxınlarına səbr versin nə demək olar çox çətindir ağır dərddir igid balamizin ölümü

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol