Menu

Fransa oliqarxı azad etməkdən imtina etdi

06.10.2014, 19:09
Fransa oliqarxı azad etməkdən imtina etdi

O, 6 milyard dollar mənimsəməkdə ittiham olunur

Fransa məhkəməsi Qazaxıstandan olan keçmiş oliqarx Mukhtar Ablyazovu girov müqabilində azad etməkdən imtina edib.

ANS-in məlumatına görə, Qazaxıstanı 2009-cu ildə tərk edən Ablyazov 2013-cü ildə Fransada həbs olunub.

Məhkəmənin verdiyi qərara görə, Ablyazov həbsdən buraxılsa, onun Fransada qalacağına təminat azdır.

O, Qazaxıstanın “BTA Bank”ından 6 milyard dollar mənimsəməkdə ittiham olunur.

Nazarbayevin tənqidçisi olan Ablyazov özünə qarşı ittihamı siyasi motivli adlandırır.

Onun verilməsini Fransadan Ukrayna və Rusiya da xahiş edir.

Ablyazovun bu ölkələrə verilməsi məsələsinə məhkəmə oktyabr ayının sonunda baxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol