Menu

Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinə xərclənən vəsait açıqlandı

15.07.2020, 22:27
Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinə xərclənən vəsait açıqlandı

Bu ilin mart-iyun aylarında Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün səhiyyə müəssisələrinə 250 milyon manat ayrılıb.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov bildirib.

Onun sözlərinə görə, bu məbləğə xəstəliklə mübarizə aparan tibb işçilərinə, onların maaşının 3-5 misli qədər ödənilən əlavə vəsait də daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol