Menu

Təbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək

16.07.2020, 10:40
Təbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək

Bu gün və sonrakı günlərdə İranın paytaxtı Tehranda və müxtəlif şəhərlərdə, o cümlədən Təbriz, Ərdəbil, Urmiya, Zəncanda Azərbaycana dəstək mitinq və yürüşləri keçiriləcək.

"Report" xəbər verir ki, aksiyada Ermənistanın işğalçı siyasəti qınanılacaq.

Habelə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında Azərbaycana dəstək aksiyası keçiriləcək.

Xatırladaq ki, İran rəsmiləri iyulun 12-də Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatı pisləyib, Azərbaycanın ərazi bütövlüyünü müdafiə ediblər.

Şərhlər

Qoca Molla 2020-07-16 13:26:40

Güneyli qardaşlarımız, haydı, qalxın ayağa, bir birimizə gerçək dəstək zamanidir.

nihad 2020-07-16 12:39:46

əgər İranda bizimkilər sayda erməni yaşasaydı indi nizi Kamçatkaya köçürmüşdülər,azərbaycanlılar isə bir ana dilində məktəb də aça bilmirlər, çox utancvericidir.Bu ona görə baş verir ki,onlar da bizi kimi birləşə bilmir,şəxsi ciblərini milli mənafedən üstün tuturlar,hətta İrəvanda ermənilərlə şərik biznes quranların əksəriyyəti bizim manqurdlarımızdır.

t.ədalət 2020-07-16 11:51:11

Təbrizli qardaşlarımız gecikirlər.Bu aksiya çoxdan olmalıdır.İrandakı ermənilərə qarşı aksiyalar davam etməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol