Menu

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% azalıb

16.07.2020, 13:00

İlk xəbər iyulun 15-i, saat 17:03-də verilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 245,7 milyon manatlıq, o cümlədən 9 729,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 516 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1,8 dəfə cox olub.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

o cümlədən:
ərzaq məhsulları8 762,4103,4
içkilər və tütün məmulatları967,3100,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar2 678,980,6
elektrik malları və mebellər1 005,694,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları138,599,5
əczaçılıq məhsulları və tibbi ləvazimatlar319,6134,5
avtomobil benzini və dizel yanacağı988,199,8
digər qeyri-ərzaq malları3 385,399,5

2020-ci ilin yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 14,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Cari ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 23,5%-i ticarət müəssisələri, 50,4%-i fərdi sahibkarlar tərəfindən, 26,1%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1%, fərdi sahibkarlar üzrə 0,7% artıb, bazar və yarmarkalarda isə 17,2%-i azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və yaxud 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol