Menu

Leyla Yunusun doğmaları rəsmi Londona və BP rəhbərliyinə müraciət edib

06.10.2014, 21:39
Leyla Yunusun doğmaları rəsmi Londona və BP rəhbərliyinə müraciət edib

Hüquq müdafiəçisi Leyla Yunusun doğmaları və yaxınları Britaniya hökumətinə və bp neft şirkətinin rəhbərliyinə müraciət edib. musavat.com-un xəbərinə görə, bu barədə nüfuzlu “The Telegraph” nəşri yazıb. Müraciətdə Leyla Yunusun həbsdən azad edilməsinə kömək göstərilməsi xahiş olunur.

Nəşrin bildirdiyinə görə, Leyla Yunus Britaniya siyasətinin “dəmir ledisi” Marqaret Tetçer üçün bir dəfə tərcüməçilik edib.

Hüquq müdafiəçisi və onun həyat yoldaşı Arif Yunus Ermənistanın xeyrinə casusluq, qanunsuz sahibkarlıq və dələduzluqda ittiham olunur. Leyla Yunus iyulun 30-da, Arif Yunus isə 5 gün sonra həbs edilib. Hüquq müdafiəçisi təcridxanada dəfələrlə fiziki təzyiqlərə məruz qaldığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol