Menu

Putin mitinqlərə qadağa qoydu

06.10.2014, 21:42
Putin mitinqlərə qadağa qoydu

Rusiya Prezidenti Vladimir Putin “Yığıncaq, mitinq, nümayiş, hərəkat və piket” haqqında qanuna dəyişiklik edib.

Axar.az xəbər verir ki, sözügedən qanun haqqında dəyişiklik Rusiyanın hüquqi məlumatlar rəsmi portalında yerləşdirilib.

Dəyişikliyə əsasən ölkədə mitinq və nümayişlər saat 7-dən sonra başlamalı, gecə saat 22:00-dan gec olmayaraq başa çatmalıdır.

Dövlət Duması “Yığıncaq, mitinq, nümayiş, hərəkat və piket” haqqında qanuna edilən düzəlişi qəbul edib. Oktyabrın 1-dən isə Federasiya Şurası dəyişiklikləri təsdiq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol