Menu

Bakı polisi əməliyyat keçirdi - Silahlı şəxs zərərsizləşdirildi

17.07.2020, 12:25
Bakı polisi əməliyyat keçirdi - Silahlı şəxs zərərsizləşdirildi

Bakıda silahlı şəxs yaxalanıb. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında rayon ərazisində əməliyyat keçirib. Əməliyyat zamanı bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Elton Məmmədov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan içərisində 5 ədəd 9 mm-lik patron olan "Makarov" tipli tapança aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol