Menu

“EVDƏ OTURMUŞAM, GƏLƏCƏKLƏ BAĞLI QƏRARIM...” – Elmar Məmmədyarov danışdı

17.07.2020, 13:42
“EVDƏ OTURMUŞAM, GƏLƏCƏKLƏ BAĞLI QƏRARIM...” – Elmar Məmmədyarov danışdı

Prezident İlham Əliyevin sərəncamı ilə Xarici işlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov "gununsesi.org"-a qısa müsahibə verib. 

“AzPolitika.info" müsahibəni təqdim edir:

Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?

- Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm.

Gələcək planınız nədir?

- Mən cəmi iki gündür ki, Xarici İşlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.

ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?

- Dedim axı, hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam, bunu biləcəksiniz.

Yeni Xarici İşlər naziri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var...

- Mən Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu haqda özündən soruşsanız daha yaxşı olardı.

Şərhlər

vidadi goyce 2020-07-18 14:27:04

ayibdi bu sureni silin getsin

Mazay baba 2020-07-18 13:06:01

eşidirik ki, axşamlar dostunuz ELxan Azayev həzrətləri də eks-nazirə Xİn-də baş verənlərə dair xəbərlər çatdırır... Neujelne, kegebeşnik Azayev özünü bu səviyyə qədər endirə bilərmiş...

.EJDER 2020-07-18 02:17:51

AYE,QORXMA ,,SVOYSAN,,GET O BIRILERI KIMI,,ALIMLIK,,ELE

Cəbiş müəllim 2020-07-17 17:22:29

Hazırlaş Elik, sənin dilində desək veşşami , İnşaallah dalınca qara oğlanlar gələcək.

X 2020-07-17 17:07:20

Senin yerin barmaqlar arxasidi

Xalq 2020-07-17 16:35:07

atın qabağına ət qoyuldu, şirin qabağına ot qoyuldu.

Cəbiş müəllim 2020-07-17 15:11:15

Hazırlaş Elik, sənin dilində desək veşşami s, İnşaallah dalınca qara oğlannar gələcək.

Mirzə AĞ 2020-07-17 14:12:37

Trayn, prayn, şvayn... borular gələcax, transadriatika olacək... əziz qardaşım! Sonra olacək pındıq...

Vuqar 2020-07-17 13:59:52

Dogrudan bu cavablari bela salist ozu saslandirib

Maqsud 2020-07-17 13:51:41

Elmar müəllim yenə də qeyri-səmimilik edr, indi onun vəzifəsi - nazirlikdə hələ də işləməkdə olan emissarları vasitəsi ilə etdiyi törətdiyi əməlləri ört-basdır etdirməkdir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol