Tehranda koronavirusa yoluxanların sayı yenidən çoxaldığı üçün yenidən bəzi məhdudiyyətlər tətbiq ediləcək.
“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, İran səhiyyə nazirinin müavini Möhsün Fərhadi məsələ ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, iyulun 18-dən etibarən məhdudlaşdırıcı tədbirlər həyat keçirilməyə başlanılacaq.
Sabahdan Tehranda bütün kütləvi tədbirlər, toplantıların keçirilməsi qadağan olunacaq, idman zalları bağlanacaq, dövlət qurumlarında işləyən məmurların sayı azaldılacaq və s.
Məhdudlaşdırıcı tədbirlərin başqa şəhərlərdə də tətbiqi gözlənilir.


Şərhlər