Menu

Azərbaycanda 23 500-dən çox vətəndaş orduda könüllü xidmət üçün müraciət edib

18.07.2020, 14:42
Azərbaycanda 23 500-dən çox vətəndaş orduda könüllü xidmət üçün müraciət edib

Könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 23 500-dən çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin qurumun qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, insanların sağlamlıq təhlükəsizliyinə və karantin rejiminin tələblərinə riayət etmək məqsədilə müəyyən olunmuş qaydalara əməl olunması üçün vətəndaşlara öz müraciətlərini qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə gəlmədən www.seferberlik.gov.az saytından “Könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyat” - https://exidmet.seferberlik.gov.az/Volunteer/Service - elektron xidməti vasitəsilə həyata keçirmələrini tövsiyə edir.

Şərhlər

Məhəbbət 2020-07-18 23:48:07

Mən təklif edirəm ki, özlərini gözə soxmaq üçün orduya yazılan nazir oğulları, deputat oğulları, icra başçıları və sairə məşhur simalar dərhal ön xəttə göndərilsinlər . Abşeronun icra başçısı əsgərlərə yemək bişirə bilər. Onun üçün şərəf olar. Digər məmur övladları isə əldə silah posta çıxsın. Səfərbərliyə gözləmək lazım deyil bu kateqoriya yazıldısa dərhal yola salınsın. Kim mənimlə razıdıss bura yazsın.

Muzeffer 2020-07-18 23:26:50

Geranboy

Huseynov Muzeffer Sahin oglu 2020-07-18 23:24:45

Geranboy Qizil Hacili qesebesi

vuqar 2020-07-18 15:14:07

100 000 M|N NEFER HEDD|N| VURMAQ LAZ|MD|!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol