Prezident İlham Əliyev yeni təyin etdiyi Xarici işlər naziri Ceyhun Bayramova tapışırıq və tövsiyələrini verərkən Xarici İşlər Nazirliyi (XİN) sistemində çox ciddi problemlərin olduğunu bildirib.
Dövlət başçısının bəzi diplomatların dövlətə xəyanət etməsi barədə dedikləri isə rezonans doğurub: “Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik".
Ekspertlərin qənaətinə görə, Prezidentin bu çıxışından sonra XİN-də həbslərin olacağı qaçılmazdır. Keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov da “AzPolitika.info”-ya açıqlamasında bunu istisna etməyib: “Məndə konkret faktlar yoxdur, amma bəzi tendensiyaları, kənar təsirləri, fərqli konsepsiyaları biz də müşahidə edirdik. Yəqin ki, belə əməllərlə məşğul olan şəxslər müəyyən edilərək ifşa olunub cəzalandırılacaqlar”.
Keçmiş nazirin fikirlərinə reaksiya verən, diplomatik xidmətdə çalışdığını gizlətməyən izləyicilərdən biri müsahibənin şərh bölməsinə yazıb: “Tofiq müəlllim, hər şeyi öz adı ilə çağırmaq gərəkdir. XİN-in 1-ci Avropa İdarəsinin rəisi Elxan Azayev Moskva Kəşfiyyat Məktəbinin məzunudur, geri döndükdən sonra onu bizim təhlükəsizlik orqanlarında işə götürmək istəməyiblər. Elmar Məmmədyarovun yaxın dostu Azayev sonradan XİN-də zühur edib. Azərbaycanla deyil, bir zamanlar bitirdiyi Moskva məktəbi haqda da həmişə fəxarətlə danışır. Beləsindən nə gözləmək olar?”
Qeyd edək ki, sosial şəbəkələrdə də XİN sistemindəki xəyanətkarların Prezidentin çıxışından sonra əl-ayağa düşdüklərini təsdiq edən informasiyalar yayılıb. Azərbaycanlı mühacirlərdən biri yazıb ki, ölkəni təmsil edən bəzi diplomatlar xidməti müddəti başa çatdıqdan sonra ölkəyə geri qayıtmaqdan imtina ediblər. Bundan sonra da xarici ölkələrdən siyasi sığınacaq istəyən səfirlərin və səfirlik əməkdaşlarının sayı artacaq.
Şübhəsiz ki, Azərbaycana zərbə vuracaq belə hadisələr baş verərsə, keçmiş nazir Elmar Məmmədyarov arzuladığı kimi evdə oturub gələcək haqqında planlar qura bilməyəcək. XİN-i casus yuvasına çevirdiyinə görə, cəzalandırılanların ilk sırasında onun adı gələcək...
“AzPolitika.info”

Şərhlər
Onda xaricdə oxuyub gəln heç bir Azərbaycanlını nazirıiklərdə işə götürməyin.Çox gülməli danişirsiniz vallah.Indi adi süpürgəçidə düzələndə bütün delonu araşdırırlar.Hamı hər şeyi çox gözəl bilir.Insanlara boş yersən qara yaxmayın...
Rus kəşfiyyat məktəbinin məzunu Sizi niyə belə qıcıqlandfırır? Məgər digər ölkələrdə təhsil almış adamların hamısı düzdür? Onların həmin ölkələrin xüsusi xidmət orqanları ilə əlaqənin olmamasına kim zəmanət verə bilər?. Sovet vaxtında belə mühüm vəzifələrə təyinat ancaq DTK-nın razılığı ilə olurdu. İndi isə vəzifələrə təyinat əsasən qohumbazlıq yerlibazlıq, quda, kirvə və s. prinsip ilə təyin olunurılar. bütün nazirliklər bu gündədir. bu fəlakətdir. Vəzifəyə layiq olmayan adamlar bu vəzifələrə təyin olunurlar. Buna nə vaxt son qoyulacaq?. Bütün yüksək vəzifəli məmurlar bir-biri ilə bu və ya digər formada qohumluq münasibətləri qurublar və və Azərbaycanın var dövlətini bir-birinə dəstək olaraq talan edirlər.
inshshallah
Daldan atilan dash , topuqa deyer)))) Yenede Uqurlar Ceyhun mellim . Qôreydeee ,,,
Dövlətimizə xəyanət edən vətənxainləri ifşa olunaraq Məhkəmə qarşısına çıxarılmalı və qanunvericiliyə uyğun olaraq öz cəzasını almalıdır. Ölkəmizdə dövləti vəzifələrində işləyənlərin kimliyi DTX tərəfindən araşdırılmalıdır. Bundan başqa Hərbi xidmət keçməyən şəxslər dövləti vəzifəyə təyin etmək olmaz ? İndi Hərbi xidmətdə olmayanlar Nazir və yaxud Nazir müavini vəzifəsində, İcra Başçısı vəzifəsində işləyirlər.... Vətən sevgisi olmayan adamların vəzifəyə təyin olunması, gənclərimizdə ruh düşgünlüyü yarada bilər...Ölkəmizdə də sosial narazılıqları yaradanlar dövlətimizə sədaqətlə xidmət etməyən məmurlardır və onların övladlarıdır.. Bütün vəzifələri özləri zəbt ediblər, Korrupsiya haqqında Qanuna tabe olmaq istəmirlər, özləri üçün qanun yaradırlar... Araşdırmaq üçün birinci növbədə Vətəndaşların Müraciətləri haqqında Qanun işlək vəziyyətində olmalıdır..
Bütün rus agentləri dövlətin vacib idarələrindən qovulmalıdırlar.
Ölkəmizin bütün aparıcı idarə və nazirliklərində Rusiyanın agentlərinin yerləşdirilməsini dövrü mətbuat daim açıqlayır,indi onlaın cavab verməsi üçün ortaya ciddi iradə qoymaq lazımdır
Müd.nazirliyində rusun casusları çoxdur.Sabiq müd.naziri səfər əbiyev onların hamısına böyük vəzifələr və rütbələr verib.Onların bəzisini Ramiz Duyğun müd.nazirliyinə gətirib yerləşdirmişdi.
Siyasətin hüquqi iddia bazası və hakimiyyət əlaqələri gərəkli olar?
Elmar Məmmədyarovun anti-Azərbaycan fəaliyyəti xalq tərəfindən çoxdan deyilirdi.Vaxtında tədbir görülməli idi.Yeni təyin edilən nazirlər arasında "erməni uşaqları" da var.Onlar da gec-tez erməniliklərini göstərəcəklər.
KEÇMIŞ NAZİR BAŞDA OLMAQLA VƏTƏNƏ XƏYANƏT EDƏNLƏRIN HAMISI DƏRHAL HƏBS OLUNMALIDIRLAR. YOXLANILMAMIŞ İNSANLARIN YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNMASI YOLVERİLMƏZDİR, FƏLAKƏTƏ GƏTİRİB ÇIXARA BİLƏR. BELƏ "İNSANLAR" HAQQINDA DAİMA YAZIRIQ, ARAŞDIRAN YOXDUR.
Məmmədyarovu qoyub başqalarını cəzalandırmaq lazımdır. İdarə rəisləri cinayət etmirlər. Düp-düz adamlardırlar