Menu

MN: Ermənilər atəşkəsi 70 dəfə pozub, Tovuz istiqamətində nisbi sakitlikdir

19.07.2020, 10:34
MN: Ermənilər atəşkəsi 70 dəfə pozub, Tovuz istiqamətində nisbi sakitlikdir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.
Ermənistan Respublikası Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Şərhlər

YALAN - PALANA SON !!! 2020-07-19 13:16:17

Ermenistan MUHARIBE EDIR Azerbaycana qarshi, bu sebebden, atəşkəs rejimi muqavilesi , DAHA MOVCUD DEYIL ve HECH BIR HUQUQI SENED SAYILMIR, Minsk qrupu vasitechileri , DAIMA , UTANMAZCASINA , SPEKULYASIYA EDIRLER bu ifade ile : " atəşkəs rejiminin muqavilesi "......., INDIKI ZAMANDA , Azerbaycan XALQINI ALDATMAQ OLMAZ .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol